Qırmızı.az
Mehriban Əliyeva yenidən qurulan internat məktəbin açılışında iştirak edib (FOTO)
Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat
məktəbin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun
prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş
Mehriban Əliyeva iştirak edib.
Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi layihələr
sırasında “Uşaq evləri və internat məktəblərinin inkişafı”
Proqramına xüsusi əhəmiyyət verir. Proqram çərçivəsində respublika
üzrə bir çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni
avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və
kommunal şərait yaxşılaşdırılıb. Bu müəssisələrdəki kitabxanalar
müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunub, əksər
uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı
quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün
uyğunlaşdırılıb.
Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması
məqsədilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir. Uşaq
evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə
vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə
vaxtlarının səmərəli təşkili üçün Heydər Əliyev Fondu ardıcıl
olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir. Birinci
xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu
nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna və
himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları
da diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın
xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin rəmzi
açılışını bildirən lenti kəsdi.
Mehriban Əliyevaya məlumat verildi ki, məktəbdə nitq qüsuru olan
175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni
korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Şagirdlər ümumi
təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar.
Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri
keçirilir. Üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub,
müasir sinif otaqları, kompyuter, kitabxana, yeni idman zalı,
aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət,
şahmat otaqları yaradılıb, mebel və digər lazımı avadanlıqla təmin
olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya
otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında
şagirdlərin gecələməyi üçün 20 palata, hər biri 60 nəfərlik 2
televizor zalı, 120 nəfərlik akt zalı var. Bildirildi ki, məktəbdə
ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları tikilib,
ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol,
voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı
abadlıq və yaşıllaşdırma işləri aparılıb. Beləliklə, yenidənqurma
işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman
meydançasından və 1 qapalı idman zalından ibarətdir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR