Azərbaycanlı alimin məqaləsi I yeri tutub
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alimin məqaləsi I yeri tutub

AMEA-nın əməkdaşı 2012-2014-cü illərdə çap olunan işlərdən seçilən 20 top məqalədən ibarət siyahıda 1-ci yeri tutub. Publika.az-ın məlumatına görə, məqalənin müəllifi AMEA Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, b.e.d., prof., AMEA-nın həqiqi üzvü İ.M.Hüseynovadır.

Məqalə Biochimica et Biophysica Acta-Bioenergetics (BBA) jurnalında çap olunub.

Məqalə davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərinin ontogenez zamanı antioksidant müdafiə sistemləri və fotosintez xüsusiyyətlərinın tədqiqinə edilib. Tədqiqat işində elm üçün yeni maraqlı nəticələr alınıb.

1947-ci ildən fəaliyyətə başlayan BBA jurnalı biokimya və biofizika sahəsində nəşr olunan ilk beynəlxalq jurnaldır. Bu jurnal Elsevier nəşriyyatında çap olunur və 4,624 impakt faktora malikdir.

Qeyd etmək lazımdır ki, Publ.med portalına düşən bu məqaləyə qısa bir müddət ərzində nüfüzlu beynəlxalq jurnallarda çoxlu istinadlar edilib və o dəfələrlə top siyahılara daxil olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm