Qərib Məmmədovdan yeni təyinat
Bizi izləyin

Qırmızı.az

Qərib Məmmədovdan yeni təyinat

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, prezident tərəfindən 2012-ci il 5 sentyabr tarixli, 2421 nömrəli sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı”nın müvafiq bəndləri ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə komitənin sədri Qərib Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Qəhrəmanov Komitənin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm