Məktəblərdə ödənişli hazırlıq kursları açılır
Bizi izləyin

Qırmızı.az

Məktəblərdə ödənişli hazırlıq kursları açılır

Bu ildən paytaxt məktəblərində ödənişli hazırlıq kursları fəaliyyətə başlayacaq. Məktəbəqədər hazırlıq kursları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 72 məktəbdə fəaliyyət göstərəcək.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.

Hazırlıq kursları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı" na uyğun olaraq fəaliyyət göstərəcəkdir. Proses ilkin mərhələdə ödənişli olacaq.

Eyni zamanda, 15 məktəbdə bu sahədə ixtisaslaşmış özəl sektorun nümayəndəsi tərəfindən aparılacaq. Məktəbəqədər hazırlıq kurslarında iştirak könüllü olaraq aparılacaq.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında oktyabrın 1-dən məktəbəqədər kursların Bakıda yaşayan uşaqlar üçün artıq təklif oluna biləcəyini bildirmişdi.

Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev jurnalistlərə açıqlamasında kurslara aylıq ödənişin 40 manat olacağını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm