Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda vətəndaş nikahı qanuniləşdirilə bilər

Azərbaycanda Ailə Məcəlləsinə vətəndaş nikahı ilə bağlı maddənin əlavə olunması təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deputat Fəzail Ağamalı çıxış edib.

Millət vəkili bildirib ki, vətəndaş nikahının olması bir faktdır və cəmiyyətdə buna qadağa qoymaq olmaz.

F.Ağamalının sözlərinə görə, vətəndaş nikahı ilə uşaq dünyaya gətirən ata və ana məsuliyyət daşımalıdır: "Biz bu məsələni gündəmə gətirməliyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm