Havanın çirklənməsində avtomobil nəqliyyatının payı artıb
Bizi izləyin

Qırmızı.az

Havanın çirklənməsində avtomobil nəqliyyatının payı artıb

Atmosfer havasının mühafizəsini və ona zərərli təsiri səciyyələndirən göstəricilər açıqlanıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı əvvəlki illə müqayisədə ötən il 219 ədəd artıb.

Stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin ümumi miqdarı azalıb. Stasionar mənbələrdən ayrılan çirkləndirici maddələrin tutulub zərərsizləşdirilməsi 6 ton azalıb.

Atmosfer havasına atılmış çirkləndirici maddələrin miqdarı 43 min ton artıb. Çirkləndiricilərdən atılan maddələrin adambaşına düşən miqdarında isə azalma müşahidə edilir. Çirkləndiricilərin miqdarında avtomobil nəqliyyatının payı 922 min ton olub ki, bu da əvvəlki illə müqayisədə 73 min ton artım deməkdir.

Atmosfer havasına avtomobil nəqliyyatından atılan çirkləndirici maddələrin ümumi atılan çirkləndirici maddələrin miqdarına nisbətdə 3% artıb. 2005-ci illə müqayisədə bu nisbət 35% artıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm