• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İmtahanların vaxtı açıqlandı - siyahı

İmtahanların vaxtı açıqlandı - siyahı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ildə keçiriləcək imtahanlarının və tədbirlərin ilkin plan-qrafikini açıqladı.

Publika.Az-ın verdiyi məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu - 11-20 fevralda başlanacaq.

Magistraturaya qəbul imtahanı 1-ci mərhələ - martın 2-də, 2-ci mərhələ - mayın 25-də keçiriləcək. Magistraturaya proqram seçimi – mayın 1-dən 5-dək, ixtisas seçimi isə mayın 29-dan iyunun 1-dək aparılacaq.

Rezidenturaya qəbul imtahanı 1-ci mərhələ -martın 30-da, ikinci mərhələ iyulun 27-də keçiriləcək. Rezidenturaya ixtisaslaşma seçimi- iyulun 29-31-də aparılacaq.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 06, 13 (təkrar), 20, 27 aprel, 25 may (təkrar) və iyunun 1-də olacaq. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu –aprelin 1-dən 30-dək aparılacaq. Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə seçmə tur - aprelin 15-dən 30-dək keçiriləcək.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü – aprelin 25-dir. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı: 1-ci - 04 may 2-ci -03 iyul Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı - II və III qruplar üzrə - 11 may - I və IV qruplar üzrə - 18 may Peşə liseyləri üzrə buraxılış imtahanı mart ayında olacaq.

Ümumtəhsil müəssisələri üçün 1-ci, 2-ci, 3-cü, 4-cü istiqamət və eksternat üzrə buraxılış imtahanları iyun ayında keçiriləcək Bu ilin məzunları üçün I və IV, II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iyul ayında keçiriləcək.

Qabiliyyət imtahanları iyul ayında keçiriləcək Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu mayın 12-dən iyunun 12-dək aparılacaq. Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat mayın 19-dan 29-dək, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı- əvvəlki il məzunları üçün isə 29 iyunda keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur iyulun 2-dən 5-dək, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi iyulun 2-dən 10-dək keçiriləcək. Mart ayı - 5-ci və 6-cı siniflər, aprel- may ayları - 11-ci siniflər üçün monitorinq imtahanları keçiriləcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR