AMEA yeni iş yeri açacaq
Bizi izləyin

Qırmızı.az

AMEA yeni iş yeri açacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində “Xızı” Aqroparkı təsis edilib.

Publika.az-ın məlumatına qərar Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

Müəssisə “Əngilan” Kənd Təsərrüfatı-İstehsalat Kompleksinin fəaliyyətinin yenidən bərpası məqsədi ilə təşkil edilir.

Xızı rayonunun Əngilan kəndində yerləşən aqroparkın fəaliyyəti elmi tədqiqatların potensialından faydalanaraq respublikada kənd təsərrüfatı məhsulları istehsal etmək və onların çeşidini artırmaqdan ibarət olacaq. Burada yeni iş yerləri açılacaq, AMEA-nın işçiləri və əhalinin ərzaq məh­sul­la­rı­na təlabatı qarşılanacaq. Aqropark akademiyanın aidiyyəti elmi müəssisə və təşkilatları ilə əlaqəli fəaliyyət göstərəcək və onların elmi tədqiqat işləri aparmasına şərait yaradacaq.

İclasda “Xızı” Aqroparkının fəaliyyəti ilə bağlı digər zəruri tədbirlərin də icrası haqqında fikirlər səsləndirilib. Müəssisənin nizamnaməsi qərarla təsdiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm