Qırmızı.az
Jurnalistlər jurnalist olmaq istəyənlərə dərs verəcək
Bilik Fondu jurnalistlərlə birlikdə yeni layihəyə başlayacaq. Publika.az-ın məlumatına görə, bu barədə Fondun icraçı direktoru Oqtay Səmədov məlumat verib.
Onun sözlərinə görə, gələcəkdə jurnalistlər jurnalistika fakültəsinə qəbul olunmaq istəyənlərə istiqamət verəcək:
“Məlumdur ki, şagirdlər tədris ilinin son iki ilində qəbul imtahanına hazırlaşır, bu zaman da yazı bacarıqlarını itirir. Gələcəkdə jurnalsit olmaq istəyən abituriyentlərə jurnalistlər dərs keçəcək. Bu dərslərin Bilik Fondunda təşkil edilməsi planlaşdırılır.Filoloqlar onlara essenin yazılış qaydaları, forması və s. barədə məlumat verəcək. Gələcəkdə jurnalistika peşəsinə yiyələnənlər içərisində bizim yetirmələrimizin olması böyük şərəfdir”.
O.Səmədov onu da əlavə edib ki, Bilik Fonduna məktəblərin kitabxanalarının zənginləşdirilməsi ilə bağlı Gəncə və Goranboy məktəblərindən təkliflər olub. Məktəblərin kitabla təminatı sahəsində işlərə başlamışıq:
“Bu baxımdan ali məktəblərlə, kitabxanalarla Bilik Fondu əməkdaşlıq quracaq. Onlara lüğətlər, bədii ədəbiyyatlarla bağlı sorğu vermişik ki, məktəblərin həmin kitablarla təminatında bizə kömək etsin. Çünki bəzi kitabxanalarda artıq kitablar var. Yerli nümayəndəliklərimiz tərəfindən məktəblərin hansı kitaba ehtiyacı olması ilə bağlı məlumatlar toplayırıq. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə qurulan əməkdaşlıq çərçivəsində 15 bölgədə distant mühazirə keçəcəyik”.
O. Səmədov onu da əlavə edib ki, hazırda Fondun büdcəsi dövlət vəsaiti əsasında formalaşsa da, yaxın gələcəkdə Fondun özünün büdcəsinin formalaşmasına çalışacağıq.
Bilik Fondu yas mərasimləri ilə bağlı cəmiyyətin maarifləndirmə işlərinin aparılmasına başlayacaq.
“Bunu qadağa yox, maarifləndirmə formasında aparacağıq. Bilik fondunun layihələrində bu məsələ də nəzərə alınacaq. Eləcə də toy məclislərinə məhdudiyyət qoyulmasına ehtiyac var".
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR