Qırmızı.az
Almaniyalı professorlar Bilik Fondunda oldular
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda dünya səviyyəsində tanınan iki almaniyalı professorla görüş keçirilib.
Bilik Fondunun İnformasiya təminatı sektorundan Publika.az-a verilən məlumata görə, Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professor, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmann və Auqsburq (Augsburg) Universitetinin professoru Klaus Volfla görüşdə fondun əməkdaşları ilə yanaşı müxtəlif universitetlərin tələbələri də iştirak edib.
Beynəlxalq layihələr sektorunun təşkil etdiyi görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun yaranma zərurəti, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.
İcraçı direktor xanım Ziqlinde Hartmanna Fondun layihələrində və Almaniyada fəaliyyət göstərən bu tipli təşkilatlarla əlaqələrinin qurulmasında yaxından iştirak etməyi təklif edib.
Bilik Fondu ilə geniş əməkdaşlığa hazır olduğunu bildirən xanım Hartmann azərbaycanlıların öyrənməyə, intellektual potensialarını artırmağa meyilli olduğunu vurğulayıb və bu baxımdan Bilik Fondunun yaradılmasını alqışlayıb. Qonaq həmçinin qeyd edib ki, təcrübə mübadiləsi, tanınmış alman alimlərlə əməkdaşlıq Fondun fəaliyyətinə böyük töhfə verə bilər.
XV əsrdə Alman səyyahının türklərlə bağlı əlyazmaları üzərində tədqiqatlar aparan alman professor Klaus Volf hazırda Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə ixtisasalaşmış güclü mütəxəssisləri ilə əlaqə qurmaq üçün Bilik Fondundan dəstək istəyib.
Almaniyanın Vürtsburq (Würzburg) Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti BSU-nun fəxri professoru xanım Ziqlinde Hartmann Bakı Slavyan Universiteti ilə birdə həyata keçirilən «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə» - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb» adlı layihənin müəlliflərindəndir.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ