BMT yeni “quş qripi” ilə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

BMT yeni “quş qripi” ilə bağlı xəbərdarlıq etdi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yeni “quş qripi” təhlükəsilə bağlı çıxış edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, H5N6 virusuna ilk dəfə bu ilin aprelində Çində, ondan sonra isə Laos və Vyetnamda rast gəlindiyi bildirilir. Hələlik bu virusa insanların yoluxması ilə bağlı fakt yoxdur, amma FAO onun regionun iqtisadiyyatı və heyvandarlığı üçün təhlükəli olmasıyla bağlı xəbərdarlıq edib.

FAO-nun nümayəndəsi Xuan Lubrotun sözlərinə görə, söhbət dünyanın ən sıx məskunlaşmış regionlarından olan Çin və Cənub-Şərqi Asiyadan gedir: “Orada quşlar təkcə ayrı-ayrı ailələrə, deyil, həm də kiçik və iri kommersiya təsərrüfatlarında da saxlanılır. Ona görə nəticələr də irimiqyaslı ola bilər”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və FAO Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin hökumətlərini “quş qripi” virusunun aşkarlanması ilə bağlı səylərini artırmağa və onun insana keçmə ehtimalının monitorinqini aparmağa çağırıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm