Xəzər TV-nin bıçaqlanan aparıcısı DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Xəzər TV-nin bıçaqlanan aparıcısı DANIŞDI

“Xəzər” televiziyasında “Ləziz dad” proqramının bıçaqlanan aparıcısı Ağakərim Şamidzadə palataya köşürülüb.

Kliniki Tibbi Mərkəzdə müalicə alan aparıcı Publika.az-a bildirib ki, hadisənin necə baş verməsini xatırlamır: “Özümü yaxşı hiss etmirəm. Ağrılarım çoxdur. Reanimasiyadan palataya yenicə köçürülmüşəm. Həkimlər də səhhətimin normallaşması istiqamətində əllərindən gələni edirlər. İnşallah, hər şeyin yaxşı olacağına ümid edirəm”.

Xatırladaq ki, dünən axşam Bakının Yasamal rayonunda Yaşar Abdullayev ünvanda Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurub. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm