Əli Bayramov yeni mərkəz açır - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Əli Bayramov yeni mərkəz açır - ÖZƏL

Bu il mayın 21-də öz istefa ərizəsi ilə vəzifəsindən azad olunan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərəcək konsultasiya mərkəzi yaradır.

Publika.az-ın əldə etdiyi məlumata görə, artıq sözügedən mərkəzin yaradılması ilə bağlı danışıqlara da başlanılıb.

Sözügedən mərkəzdə fermerlərə məsləhətlər veriləcək. Bundan əlavə, həmin mərkəzə ən müasir kənd təsərrüfatı avadanlıqlarının və texnikalarının da cəlb edilməsi nəzərdə tutulub.

Sözügedən məsələ ilə bağlı Publika.az Ə.Bayramovun özü ilə əlaqə saxlayıb.

“Aqrolizinq” ASC-nin sabiq sədri sözügedən məlumatı təsdiqləyib.

O bildirib ki, belə bir mərkəzin yaradılması planda var:

“Azərbaycanda belə bir mərkəzin yaradılmasına ehtiyac var. Bu gün elmi-texniki tərəqqi dövründə o qədər avadanlıqlar yaradılıb ki, onların qavranması üçün bir sıra işlərin görülməsi lazımdır. O avadanlıqların da bura gətirilməsi vacibdir. Mən də belə bir iş görməyi düşünürəm. Gələcəkdə belə bir məsləhət mərkəzini yaratmağı düşünürəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm