Qırmızı.az
Əli Həsənov: Ermənistan boşalır
"Ermənilər Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmayıblar. Ermənistanda Sərkisyan-Köçəryan rejiminin sonu gələcək". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsinə həsr edilmiş tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov deyib ki, hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”.
Onun sözlərinə görə, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: “İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb”.
Ə.Həsənov bildirib ki, D. Əsgərov və Ş. Quliyevə qarşı açılan
cinayət işləri əsassızdır: "Azərbaycan torpaqlarının işğalında
iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdi ki, Dilqəm və
Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi.
Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin
etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz
illərlə göstərib. Azərbaycan Prezidentinin gördüyü işlər çoxlarını
qıcıqlandırır, paxıllıq edirlər. Bugünkü dünya budur. Prezident
neft kapitalını insan kapitalına çevirirsə, niyə paxıllıq edirlər?
Başqaları nə işlə məşğuldurlar? Koalisiya, başqa şeylər yaradırlar,
harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada
sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur.
Azərbaycan xalqının bir inam yeri var, o da prezident İlham
Əliyevdir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR