AŞ-nin nümayəndəsi: "ASAN Xidmətin fəaliyyəti qürurvericidir"
Bizi izləyin

Qırmızı.az

AŞ-nin nümayəndəsi: "ASAN Xidmətin fəaliyyəti qürurvericidir"

"Azərbaycanda səmərəli elektron idarəçiliyin tətbiqi, əhaliyə bir nöqtədən asan xidmətin göstərilməsi qürur doğuran məsələdir”. Publika.az-ın məlumatına görə, bunu Avropa Şurasının Demokratik Təsisatlar və İdarəçilik Departamentinin rəhbəri Alfonso Zardi "İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi bu ölkənin Avropa Şurasına öz rolunu təqdim etməsinə imkan yaradır.

O bildirib ki, konfransın keçirilməsində məqsəd dövlət qulluğu sahəsində olan təcrübələri təqdim etməkdir: "Son bir neçə il ərzində düşünülmüş maliyyə idarəçiliyi, şəffalıq vacib, prioritet məsələyə çevrilib. Yalnız yaxşı idarəçiliklə biz kapitaklımızı artıra, şəffaflığa nail ola bilərik. Bütün Avropa ölkələrində dövlət qulluğunun göstərilməsi və qeyri-mərkəzləşdirilməsi çox vacibdir. Bunun üçün isə mütəxəssislərin fikir, tövsiyə və müzakirələri vacib rol oynayır".

Yaxşı idarəçilik üçün hesabatlılıq və şəfaflığın vacib olduğunu vurğulayan A. Zardi qeyd edib ki, ATƏT-in Bakıdakı əlaqələndiricisi “ASAN xidmət”in göstərdiyi xidmətləri daha yaxşı keçirmək üçün yardım edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm