Qırmızı.az
Zərdabda 48 nəfər işlə təmin olunub
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Zərdab rayonunda Əmək yarmarkası keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 23 müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.
Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla onların birbaşa əlaqəsi təmin olunub. Tədbirdə ümumilikdə 48 nəfər rayon sakininə boş iş yerlərinə göndəriş verilib.
Növbəti əmək yarmarkası sabah, sentyabrın 25-də Ağdaş rayonunda keçiriləcək. Tədbirdə 200-dək boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təklif olunması, ayrı-ayrı işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması nəzərdə tutulur.
Gülnar
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi