Təhsil Nazirliyindən internat evinin bağlanmasına CAVAB
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən internat evinin bağlanmasına CAVAB

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi ləğv olunub. Bu barədə Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.

“Məktəbin 40 nəfər şagirdi ailələrinin himayəsinə qaytarılıb, xüsusi siniflərdə təhsil alan şagirdlərin təhsillərini digər internat məktəbində davam etdirməsi təmin olunub. Tərbiyəçi-müəllimlərin isə həmin müəssisələrdə işlə təmin olunması nəzərdə tutulub”.

Məlumatda bildirilib ki, növbəti illər ərzində daha bir neçə bu tip müəssisənin fəaliyyətinə yenidən ba­xılması və onların sayının azaldılması üçün müva­fiq tədbirlərin görülməsi planlaşdırılır.

“Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı" Dövlət Proqramında (2006-2015-ci illər)” bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu vəzifələrdən biri də dövlət usaq müəssisələrinin şəbəkəsinə yenidən ba­xılması, onların sayının azaldılması üçün müva­fiq tədbirlərin görülməsi, tədricən yerlərdə ailə əsaslı sosial xidmətlər sisteminin yaradılmasıdır. Bu məqsədlə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.

Nazirliyin məlumatında bildirilib ki, Dövlət Proqramına və Baş Plana əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 13 internat məktəbi artıq ləğv edilib. Bununla yanaşı yerlərdə bu müəssisələrə alternativ olan xidmətlərin yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, Bakı şəhərinin Xəzər rayonunda ailə tipli kiçik qrup evi yaradılıb və hazırda fəaliyyət göstərir, digərinin isə Lənkəran şəhərində tikintisi davam etdirilir. Bu tədbirlər planına uyğun olaraq 2 günərzi qayğı və 4 reabilitasiya mərkəzi də yaradılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm