Azərbaycanda 600-ə yaxın səhiyyə müəssisəsi açılıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 600-ə yaxın səhiyyə müəssisəsi açılıb

Bu gün Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE”, 9-cu

Azərbaycan Beynəlxalq “Stomatologiya” , 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçirilir.

Publika.az-ın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib ki, son 7 il ərzində Azərbaycanda 600-ə yaxın yeni səhiyyə müəssisələri və xəstənalar açılıb:

"Bu xəstəxanaların müasir avadanlıqlar və dərmanlarla təchiz edilməsində səhiyyə sərgilərinin rolu böyükdür. Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi adət halını alıb. Hər il iştirakçıların sayı daha da artır".

Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə inteqrasiya etdiyini söyləyən nazir müavini qeyd edib ki, bu il sərgidə 17 ölkədən 147 şirkət iştirak edir:

"Ənənəvi olaraq Səhiyyə sərgisi ilə yanaşı artıq 9 ildir Stomotoloji sərgi, 8 ildir Estetik təbabət sərgisi

keçirilir. Sərginin açılışında həmçinin sənaye və energetika nazirinin müavini Niyazi Səfərov da çıxış edib. O bu cür sərgilərin iqtisadiyyat sahəsində əldə edilən nailiyyətləri əks etdirdiyini söyləyib.

Qeyd edək ki, sərgi sentyabrın 27-nə kimi davam edəcək.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm