Ana məhkum oğluna telefon ötürmək istədi
Bizi izləyin

Qırmızı.az

Ana məhkum oğluna telefon ötürmək istədi

Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Publika.az Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyziyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şirvan şəhəri, M.Əsədov küç. 7 ünvanında yaşayan vətəndaş Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “KENEKSİ” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm