Qırmızı.az
Bu gün 376 işsiz işlə təmin olundu
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın 5 rayonunda (Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər) Əmək yarmarkaları keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yarmarkalar zamanı 67-i özəl sektora məxsus 136 müəssisədən 1033 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onların sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerləri də olub. Tədbirlərdə təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 140 manat, ən yüksək həddi isə 1330 manat təşkil edib. Yarmarkaların nəticəsi olaraq, ümumilikdə 376 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib.
Müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunmaq üçün 77 nəfər, ödənişli ictimai işlərdə çalışmaq üçün 18 nəfər qeydiyyata götürülüb.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?