AMEA-nın əməkdaşı Prezident Mükafatına layiq görülüb
Bizi izləyin

Qırmızı.az

AMEA-nın əməkdaşı Prezident Mükafatına layiq görülüb

AMEA Geologiya İnstitutunun əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. Publika.Az-ın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyevin “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən şəxslər Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elm sahəsi üzrə 8 gənc alimin namizədliyini irəli sürülən bu mükafata AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərov layiq görülüb.

Qeyd edək ki, mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm