Azərbaycanda işləyənlərin sayı 2 milyonu ötüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda işləyənlərin sayı 2 milyonu ötüb

Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəlilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb və 2014-cü ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığorta olunana fərdi şəxsi hesab açılıb.

Fonddan Publika.az-a verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. Sentyabrın 30-da Dövlət Sosial Müdafiə Fondunun Masallıda keçirdiyi “Sosial sığorta haqqı ödənişi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü”-vətəndaş forumunda bu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, DSMF-nin genişləndirilmiş informasiya kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.

Regional forumda Masallı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

DSMF ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın - 1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çoxsığortaolunanın – sığorta-pensiya sistemində iştirakının müəyyən edilməsində mühüm rola malikdir.

Regional forumda bir məqam xüsusi diqqətə çatdırılıb ki, vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Həmçinin, ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrdə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çunki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm