Qırmızı.az
Aksiz markasız spirtli içkilər və siqaretlər aşkar edilib
Qaçaqmalçılıq statistikasında spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı da əsas yerlərdən birini tutur.
Dövlət Gömrük Komitəsindən Publika.az - a verilən məlumata görə, Azərbaycanda gömrük orqanları bu istiqamətdə də mübarizə tədbirlərini davam etdirir. Bu günlərdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış keçirilib. Proses zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR