Nobel Mükafatı laureatı Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Nobel Mükafatı laureatı Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşdü

IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb.

BANM-ın mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib.

2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor Kurt Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf hissi keçirdiyini bildirib.

Professor Kurt Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulanıb, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirib. Tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat vermiş, onların çoxsaylı suallarını cavablandırıb.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm