“VİP” çadır biznesi yas qadağalarına qarşı - Fotolar
Bizi izləyin

Qırmızı.az

“VİP” çadır biznesi yas qadağalarına qarşı - Fotolar

Yas mərasimlərində ehsan israfçılığına qarşı tədbirlər görülsə də, çadır biznesi öz işinin başındadır.

Axar.az-ın müxbiri xəbər verir ki, Bakıda şıdırğı çadır biznesi gedir və dövlətin tövsiyələrinə əməl olunmur. İsrafçılığın ən böyük xərci məhz çadır məsələsində olsa da, bu, çadır biznesi ilə məşğul olanları qətiyyən maraqlandırmır.

Əməkdaşımız öyrənib ki, şəhərdə sadə çadırlardan tutmuş “VİP” çadıra qədər kirayə verilir. Bu çadıra yayda kondisioner, qışda qızdırıcı, ofisiant, qabyuyan, aşpaz, qab-qacaq, çayçı xidməti daxildir. Əsasən də varlı adamlar “VİP” çadırlardan istifadə edirlər. Elə bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı da imkanlı adamların daha çox israfçılıq etdiyini vurğulamışdı.

Müxbirimiz qeyd edir ki, çadır biznesi yas mərasimləri ilə bağlı islahatlara məhəl qoymadan işini davam etdirir. Xüsusilə də, “Göy məscid” yaxınlığında çadır biznesi var. Onu da deyək ki, çadırlar Almaniya və Çindən gətirilir. Yada salaq ki, hökumət uzun illər Azərbaycanda ictimai bəlaya çevrilən israfçı mərasimlərdən qurtulmaq üçün məcburi qaydalar tətbiq etməyə başlayıb. Artıq ölkə üzrə yerli icra orqanlarına yas məclislərinin sadə şəkildə, yemək süfrələri olmadan təşkil olunması ilə bağlı göstəriş verilib. Bununla bağlı ərazilər üzrə din xadimləri, yerli icra qurumlarına tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm