Qırmızı.az
Sabah hava necə olacaq?
Fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.
Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara
bölgəsində az qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək. Gecə və səhər dağlıq və dağətəyi
rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8
dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək
dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2
dərəcəyədək isti olacağı gözlənilir.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu