Qırmızı.az
Son 10 ildə 100 milyon ağac əkilib
Azərbaycanda son 9 ayda 2 milyon 242 min ağac əkilib.Publika.az xəbər verir ki, bu barədə Nairlər Kabinetinin oktyabrın 8-də keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu bağırov deyib.
Onun sözlərinə görə, son illərdə həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Ümumiyyətlə son 10 ildə 103 min hektar sahədə meşə-bərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ağac yetişdirilib.
O cümlədədn paytaxtda və respublikanın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb, son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağac və kol əkilib.
"Son 4-5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı tarixdə görünməmiş nəhəng, müasir metodlara əsaslanan yaşıllaşdırma layihələri həyata keçirilib, 3405 hektar ərazidə 3,5 milyon ağac əkilib, ərazi 10 min kilometrdən çox uzunluğunda müasir damcılı suvarma sistemləri ilə təmin olunub", - deyə nazir əlavə edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR