Bakıda qadınalar həbsxanaya telefon keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Bakıda qadınalar həbsxanaya telefon keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Adil oğlu Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Digər bi telefon isə Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 221.3 və 228.1 maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilərkən aşkarlanıb. Əl çantasının içərisində gizlədilmiş 1 ədəd telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm