Bakı-Quba yolunda yeni yol ötürücüsü inşa edilir
Bizi izləyin

Qırmızı.az

Bakı-Quba yolunda yeni yol ötürücüsü inşa edilir

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində yerləşən mövcud yol ötürücüsünə paralel olaraq yenisi inşa edilir. Artıq yeni 3 aşırımlı yol ötürücüsündə svay işləri başa çatdırılıb. Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hazırda özülün armatur dəmir karkası yığılır. Bu işlərdən sonra betonlama işlərinə və dayaq gövdəsinin tikintisinə başlanılacaq. Eyni zamanda, nəqliyyat vasitələrinin müxtəlif istiqamətlərə hərəkətini asanlaşdırmaq məqsədilə yeni qovşaq da salınacaq. Qabariti 20 m, yerdən hündürlüyü 5 m-dən artıq nəzərdə tutulan yolötürücüsü Bilgəh istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna, mövcud yol ötürücüsü isə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan gələn nəqliyyat vasitələrinin Bilgəh istiqamətinə çıxışını təmin edəcək.


Məlumat üçün qeyd edək ki, hazırda sözügedən yolda yerləşən mövcud yol ötürücüsü Xırdalan şəhərindən Bakı və Sumqayıt istiqamətinə gedən nəqliyyat vasitələrinin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm