Qırmızı.az
Gövhər Baxşəliyeva ittihama cavab verdi: "Əsərim plagiat deyil"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva onu plagiatlıqda ittiham edənləri cavablandırıb.
Trend-in Şərqşünaslıq İnstitutunun mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, G.Baxşəliyeva bildirib: "Mənim əsərlərimdə
bir cümlə də olsun plagiatdan söhbət gedə bilməz, olsa-olsa
isnadların yeri dəyişik düşə bilər, bu da kitabların mətninin
komputerlə yığılmasından və səhifələnmə zamanı baş verə bilən
rəqəmlərin yerdəyişməsindən irəli gələ bilər. Məşhur rus klassiki
Qriboyedovun sözləri var: “А судьи кто?” yəni “Mühakimə edən
kimlərdir?”. Əsil alim vicdanlı, qərəzsiz, obyektiv olmalıdır, elmi
tənqid isə xeyirxah olmalı, şər, böhtan xarakteri daşımamalı,
opponenti gözdən salmaq məqsədi güdməməlidir. Aida Qasımovanın
hərəkətinə yalnız təəssüf edirəm".
Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru, şərqşünas
alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia
ilə çıxış edib. Onun fikrincə, filologiya elmləri doktoru,
professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyevanın iki cildlik
“Məqalələr, məruzələr, müsahibələr” kitabı plagiatdır.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO