Qırmızı.az
DSMF: Əmək pensiyaçılarının sayı artıb
Ölkə üzrə əmək pensiyaçılarının sayı 2014-cü ilin 1 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bu gün media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, pensiyaçıların 782581 nəfərini və ya 60,9 %-ni yaşa görə, 363181 nəfərini və ya 28,2 %-ni əlilliyə görə, 140425 nəfərini və ya 10,9 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil etmişdir. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavablandırır.
Azərbaycan Respublikası prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır.
Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılmış, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.
Gülnar Əliyeva
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR