Sabunçuda evləri su basdı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sabunçuda evləri su basdı – FOTOLAR

Sabunçu rayonu Qala Ramana, İkinci sahə, Samir Əliyev küçəsində evləri su basıb.

Şikayətçilərin Publika.az-a verdikləri məlumata görə, əhalini içməli su ilə təmin edən su borusu artıq 2-3 gündür partlayıb və nəticədə evləri basıb.

Dünəndən bir neçə dəfə əlaqədar qurumlara zəng edib şikayət etdiklərini deyən sakinlərin sözlərinə görə, heç kim bu məsələ ilə maraqlanmayıb. Əlacsız qalan sakinlər Sabunçu rayon Sukanal İdarəsinə gediblər. İdarədən onlara bir saata gələcəklərini desələr də, hələ də əraziyə gəlib baxan yoxdur: “Bu hal bir neçə dəfə olub, hər dəfə də şikayət eləmişik. Su idarəsindən gəlib yalandan taxta ilə yamayaraq gedirlər. Bir müddətdən sonra isə boru yenidən partlayır. Amma bu dəfə tamam partladığından hər yeri su basıb”.

Sakinlərin sözlərinə görə, təxminən 5 ev tamamilə su ilə dolub.

Qeyd edək ki, həmin məhəllənin bir hisəsində kanalizasiya xətləri yoxdur. Su basan ərazi isə kanalizasiya sisteminin olduğu əraziyə aiddir.

Hadisə ilə bağlı Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, su borusunda baş verən bu qəza ilə bağlı təcili tapşırıq verəcəyini və tezliklə aradan qaldırılacağını dedi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm