Gəncə sakini motosikletlə su quyusuna düşüb öldü
Bizi izləyin

Qırmızı.az

Gəncə sakini motosikletlə su quyusuna düşüb öldü

Gəncə sakini motosikletlə su quyusuna düşdü.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonunda motosikletlə hərəkətdə olan 1 nəfərin su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əfqan Əli oğlu Qurbanov hərəkətdə olarkən, idarəetməni itirib və motosikletlə birlikdə su quyusuna düşüb.

Quyuya baxış keçirilərkən məlum olub ki, vətəndaş qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm