Millət vəkili Qaqauz Yerində Avdarma bölgəsində
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Qaqauz Yerində Avdarma bölgəsində

Moldovanın, Qaqauz Yerinin Avdarma bölgəsində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış "Memorial" abidəni, 1946-1947-ci illərdə baş vermiş böyük aclıq qurbanlarının xatirəsinə ucaldılmış abidəni, repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidəni, Avdarmar bölgəsinin 600 ildən artıq zəngin tarixini simvolizə edən "Tatarskiy rodnik" (Tatar çöşməsi) adlı abidəni ziyarətdən sonra millət vəkili Qənirə Paşayeva bölgənin rəhbəri Kasım İvan Semyonoviç ilə görüşüb. Dost Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafında çox maraqlı olduqlarını, Azərbaycan bölgələri ilə əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirən Kasım İvan Semyonoviç Azərbaycanın inkişafına hər zaman sevindiklərini deyib.

Millət vəkili Q.Paşayeva Avdarma bölgəsinin rəhbəri Kasım İvan Semyonoviçə Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq ədalətin və insanlığın yanında olan bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Azərbaycan bölgələri ilə Moldova bölgələri arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Avdarma bölgəsinin rəhbəri Kasım İvan Semyonoviçə rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımına dair kitablar, filmlər, materiallar və eyni zamanda, Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib və Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kasım İvan Semyonoviç dəvəti məmnuniyyətlə qəbul edərək Azərbaycanı yaxından görməkdən məmnun olacağını bildirib.

Səfər çərçivəsində millət vəkili bölgədəki tarix, arxeoloji, mədəniyyət muzeylərini də ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib, bölgə ilə yaxından tanış olub. Millət vəkili Q.Paşayeva Avdarma bölgəsinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri və KİV nümayəndələri ilə görüşüb və Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar,müsahibələr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm