Keyrəki vulkanının püskürməsi gözlənilən idi
Bizi izləyin

Qırmızı.az

Keyrəki vulkanının püskürməsi gözlənilən idi

Keyrəki vulkanı ərazisində seysmoloji mərkəz tərəfindən araşdırma aparılır. Vulkanın baş vermə səbəbi, onun zəlzələ ilə əlaqədar olub-olmaması araşdırılır.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib.

A.Əliyev Keyrəki vulkanının baş verməsinin gözlənilən olduğunu bildirib:

“Hər il Azərbaycanda 3-5 vulkan püskürməsi baş verır. Vulkanlar çox olduğu üçün püskürmələrin də olması təbiidir. Vulkanın proqnozu verilmir, sadəcə, əvvəldən dəqiq gün, saat barədə məlumat vermək mümkün deyil. Sadəcə, vulkanda aktivləşmənin olduğunu müəyyən edirik. Bu vulkanda püskürmə 18 dəfə baş verib, sonuncu püskürmə 2002-ci ilə olub. Bu müddət ərzində enerji toplanıb və boşalması müşahidə edilib. Keyrəki vulkanında püskürmə güclü olmayıb”.

Keyrəki vulkanında yenidən aktivləşmənin olub-olmamasıyla bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında püskürmə baş verib. Vulkanda püskürmənin brekçiya axını 200 metrə qədər uzanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm