QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa və Şimali Amerikaya da qarant verəcək
Bizi izləyin

Qırmızı.az

QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa və Şimali Amerikaya da qarant verəcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, toplantıda bildirilib ki, Şura keçən dövr ərzində QHT-lərə göstərdiyi konsultativ xidməti də davam etdirərək, xüsusi ilə elektron imza ilə bağlı təşkilatlara yardım edib. Şuranın təşkilatçılığı ilə regionlarda QHT-lərə “səmərəli idarəetmə” mövzusunda təlimlər keçirilməyə başlanılıb.

Ötən rüb ərzində Şuranın “hüquq və monitorinq” koomissiyasının iclası keçirilib və QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər geniş müzakirə olunub. Eyni zamanda İsmayıllı, Saatlı, Lənkəran, Göyçay, Bərdə, Samux və digər rayonlarda Şura üzvləri və Katibliyin əməkdaşlarının iştirakı ilə “QHT-lərin müsbət təcrübəsinin yayılması” mövzusunda geniş tərkibli məlumatlandırma sessiyaları keçirilib.

Qurumun nümayəndələri Polşa, Gürcüstan, Bolqarıstan, Belçika, Fransa, Türkiyə və digər ölkələrdə ölkəmizin milli mənafelərinin müdafiəsi ilə bağlı keçirilən mühüm tədbirlərdə iştirak edib. 2014-cü ilin sentyabr ayında Şura ilə Almaniya, İtaliya, Belçika və İsveçrənin bir sıra nüfuzlu QHT-ləri arasında qrant müqaviləsi imzalanıb.

İcraçı direktor Fərasət Qurbanov Şuranın xarici QHT-lər üçün II qrant müsabiqəsinin nəticələrinə görə 18 təşkilatın layihəsinin bəyənildiyini qeyd edib və onların hər biri haqqında iclas iştirakçılarına məlumat verib.

Şuraya yerli QHT-lərdən yeni daxil olan layihələr barədə də danışan F.Qurbanov 10-dan artıq müraciətin daxil olduğunu, onlardan 6-sının mövcud qaydalara və tələblərə cavab verdiyini bildirib.

Azay Quliyev Şuranın xarici QHT-lər üçün yeni qrant müsabiqəsi ilə bağlı məlumat verərək ötən dəfəkilərədən fərqli olaraq bu dəfə QHT-lər üçün zaman məhdudiyyətinin qoyulmadığını, onların il boyu layilələrlə müraciət edə biləcəyini deyib. Şura sədri müsabiqənin coğrafiyasının da genişləndirilərək Avropa İttifaqı, MDB və Şimali Amerika ölkələrini əhatə etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm