AMEA-da “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib
Bizi izləyin

Qırmızı.az

AMEA-da “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikasının Neftçilər Gününə və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş gənc alim və mütəxəssislərin I beynəlxalq konfransı keçirilib.

AMEA ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda keçirilən konfransda 30-a yaxın xarici ölkə təmsil olunub.

Konfransa Böyük Britaniya, Rumınya, İspaniya, Türkiyə, həmçinin Rusiya və digər MDB dovlətlərindən 60-a yaxın nümayəndə qatılıb. Rusiya Elmlər Akademiyası (REA) və Türkiyənin Gənc Alim və Mütəxəssislər Şuraları (GAMŞ) ilə AMEA-nın eyniadlı qurumu arasında da geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə geofizika, geodinamika, geomexanika, palçıq vulkanizmi, faydalı qazıntı yataqlarının geologiyası və geokimyası, həmçinin ekocoğrafiya və iqlimşünaslıq sahələrində məruzələr dinlənilib. Alternativ enerji mənbələri, nanomateriallar, informasiya-kommunikasiya texnologiyalarının multidissiplinar tətbiqləri və digər elmi istiqamətlərdə də çıxışlar maraqla qarşılanıb.

Konfrans çərçivəsində AMEA və REA-nın gənc alim və mütəxəssislər şuraları arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm