389 vakant vəzifəyə işçi axtarılır
Bizi izləyin

Qırmızı.az

389 vakant vəzifəyə işçi axtarılır

50 dövlət orqanında 389 inzibati vəzifənin tutulması üçün elan olunmuş müsabiqə üzrə qeydiyyat davam edir. Dövlət qulluğuna qəbulla bağlı 26 sentyabr tarixdə elan edilmiş müsabiqə üzrə qeydiyyat davam edir

Komisiyadan Publika.az-a verilən məlumata görə, ümumi müsahibə üzrə qeydiyyat 15 oktyabrda başa çatıb və müsahibəyə çıxarılan 51 vakant dövlət qulluğu vəzifələri üzrə 26 namizəd Komissiyada qeydiyyatdan keçib.

Müsabiqə üzrə qeydiyyat isə oktyabrın 27-də başa çatacaq.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 306-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 83-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

16 oktyabr tarixinədək müsabiqədə iştirak etmək üçün 1594 namizəd qeydiyyatdan keçmişdir və vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə (1 vakant yerə 38 namizəd) qeydə alınıb.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyi (515 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (251 namizəd), Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (141 namizəd), Dövlət Statistika Komitəsi (114 namizəd) və Bakı Apellyasiya Məhkəməsi (106 namizəd) olub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm