• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bilik kuboku”nun seçim oyunu keçirilib - FOTO

“Bilik kuboku”nun seçim oyunu keçirilib - FOTO

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə ikinci seçim oyunu keçirilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Baku Crystal Hall”da təşkil olunan oyun seçim xarakteri daşıyıb və oktyabr ayı üzrə ikinci finalçını müəyyənləşdirib.

Yarışlara qatılmış 30 komandadan 4-nün mübarizə apardığı bu oyun iki seçim və iki final görüşündən ibarət olub. İlk seçim görüşündə “Allians” və “Göyçay” komandalarının üzvləri biliklərini sınayıblar. Daha güclü olan “Allians” 5-1 hesabı ilə rəqibini sıradan çıxarıb. İkinci seçim görüşündə “Gəncə” və “Mərdəkan” komandaları mübarizə aparıblar. Gəncəlilər 3 xal fərqi ilə rəqiblərini üstələyiblər.

Final çərçivəsində “Allians” və “Gəncə” komandaları 2 dəfə qarşılaşıblar. Hər 2 oyunda “Allians” qələbəyə layiq olduğunu nümayiş etdirib. İlk oyunu 5-4, ikincini 7-2 hesabı ilə udan “Allians” bununla, oktyabr ayının finalında oynamaq hüququ qazanıb. Qeyd edək ki, oktyabr ayının ilk finalçısı “Nar Mobile” komandasıdır.

“Bilik Kuboku” uğrunda breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Xatırladaq ki, sentyabr ayının qalibi “Kapital bank” olub.

“Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR