Azərbaycanla Gürcüstan Müdafiə Nazirlikləri arasında razılaşma
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla Gürcüstan Müdafiə Nazirlikləri arasında razılaşma

Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi cənab İosif Cikia rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı"nın layihəsi razılaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm