Bakıda 23 minlik oğurluğun üstü açıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda 23 minlik oğurluğun üstü açıldı

Bakıda oğurluq edən şəxslər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə sentyabrın 24-ə keçən gecə Biləcəri qəsəbəsi, Binəqədi şossesində yaşayan Oktay Əsədovun evindən pəncərədən keçməklə 23.000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Abşeron rayon sakini 1985-ci il təvəllüdlü Coşqun Mirzəyev və Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Asif Novruzov tutulublar.

Onların əvvəllər də məhkum olunduqları bildirilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm