Rusiya hərbi Donanması gəmilərinin şəxsi heyətlərinin Bakıya səfəri davam edir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rusiya hərbi Donanması gəmilərinin şəxsi heyətlərinin Bakıya səfəri davam edir - FOTOLAR

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin şəxsi heyətlərinin Bakıya rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, oktyabrın 17-də gəmilərin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.


Sonra qonaqlar Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeyə gedib və oradakı eksponatlarla tanış olublar.


Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətinin şəhərə gəzintisi təşkil olunub. Günün sonunda futbol üzrə yoldaşlıq görüşü keçirilib.


Səfər oktyabrın 19-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm