Keçmiş NİDA-çı: "Müxalif qüvvələrə qoşulmaqla səhv etdiyimi anladım"
Bizi izləyin

Qırmızı.az

Keçmiş NİDA-çı: "Müxalif qüvvələrə qoşulmaqla səhv etdiyimi anladım"

Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı ilə azad edilən NİDA vətəndaş hərəkatının keçmiş üzvü Elsevər Mürsəlli müxalif qüvvələrə qoşulmaqla səhv etdiyini bildirib.

Prezident İlham Əliyevə və ailəsinə təşəkkür edən E.Mürsəlli törətdiyi əmələ görə peşman olduğunu deyib: “Öz cinayət əməlimə görə həbs olunmuşdum. Narkotik maddə ilə tutulmuşdum. Törətdiyim əmələ görə peşmanam. Müxalif qüvvələrə qoşulmuşdum və indi səhvimi başa düşmüşəm. Könüllü olaraq müxalifyönlü qüvvələrdən imtina edirəm, Prezdent İlham Əliyevin siyasətini dəstəkləyirəm. Buradan çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət edəcəyəm və Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edəcəyəm”.

E.Mürsəllinin atası Nəsrəddin Şahbuzov da Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: “Oğlumuzu əfv etdiyinə görə cənab Prezidentə təşəkkür edirik. Elsevər gənc olduğu qədər də təcrübəsizdir, onun siyasətə qoşulması da bizim üçün gözlənilməz idi. İndi o səhvini başa düşüb. Ailəmiz adından Prezidentə təşəkkür edirik ki, oğlumuzu azad vətəndaş cəmiyyətinə qovuşdurdu. Biz ölkəmizdə gedən inkişafı görürük və İlham Əliyevin siyasətini dəstəkləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm