• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"ASAN"ın uğurları Lordlar Palatasının hesabatında nümunə kimi göstərilib

"ASAN"ın uğurları Lordlar Palatasının hesabatında nümunə kimi göstərilib

Avropa Azərbaycan Cəmiyyət (TEAS) tərəfindən innovativ Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) haqqında təqdim edilən məlumat Böyük Britaniya Parlamentinin Lordlar Palatasının Elektron Bacarıqlar üzrə Komitəsinin hazırladığı rəsmi hesabatda dərc edilib. Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sözügedən məlumat Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tərəfindən təqdim edilib.

L.Zetter hesab edir ki, Böyük Britaniya hökuməti də ASAN modelinin nailiyyətlərindən bəhrələnə bilər. İctimai xidmətlər üçün mərkəzi və yerli hökumət büdcələrinin azaldıldığı, lakin ictimaiyyətin hələ də yüksək standartlara cavab verən xidmətlər gözlədiyi Böyük Britaniyaya münasibətdə bu cür yanaşmaların konseptuallaşdırılması məqsədəuyğun olardı.

Sənəddə izah edilir ki, "ASAN xidmət" kimi innovasiyalar xidmət göstərənlər arasında bölüşülən məlumat həcminin artması, bununla səmərəliliyin yüksəlməsi və qiymətlərin aşağı salınmasına xidmət edir.

Təqdim olunan məlumata əsasən, "ASAN xidmət"lə bağlı bütün ödənişlər internet vasitəsi ilə (online) həyata keçirilir və göstərilən xidmətlərin keyfiyyəti və sürəti Böyük Britaniyadakından daha yüksəkdir. Rəqamsal innovasiyalar vasitəsi ilə xidmətlər daha da çevik və səmərəli olub və korrupsiya əməliyyatları üçün imkanlar aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, hazırda Böyük Britaniyada pilot mərhələsində olan “Universal Credit” əməliyyat konsepsiyasının da həyata keçirilməsinə start verilib.

Məqsədi korrupsiyanın hallarının aradan qaldırılması və səmərəliliyin artırılması olan ASAN konsepsiyası 2013-cü ilin yanvar ayında işə salınıb. "ASAN xidmət"in sayca altıncı mərkəzi 2014-cü ilin may ayında açılıb və 2015-ci ilin sonuna qədər şəbəkə bütün Azərbaycanı əhatə edəcəkdir. Hər mərkəz gün ərzində təqribən 2000 nəfərə xidmət göstərir və bu günə qədər iki milyondan artıq insan "ASAN xidmət"dən istifadə etmişdir. Mərkəzlər minimal bürokrasiyası olan, tamamilə şəffaf, korrupsiyadan azad zonalardır. Mərkəzlər müxtəlif dövlət qurumlarını bir araya gətirərək 29 özəl və 150 növ ictimai xidmət göstərir. Hesabatlılıq "ASAN xidmət"in təməl daşıdır və vətəndaşlar təklif və rəy verməyə təşviq edilir.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR