Qırmızı.az
Yanğınlarda 39 nəfər yandı, 82 nəfər xəsarət aldı
Bu ilin 9 ayı ərzində respublika ərazisində 9828 təbii və texnogen mənşəli hadisə baş verib. Bu 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2495 hadisə və ya 34% çoxdur.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 50 nəfər həlak olub, 123 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib,15 nəfər təxliyə olunub.
9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 9691 çıxış edilib. Onlardan 1800-ü çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar, 6101-i açıq sahələrdə, 38-i meşə və meşə talalarında, 289-u nəqliyyat vasitələrində, 1463-ü isə digər yanğınlardır.
Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 82 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 6 nəfər və ya 13% az, xəsarət alanların sayı isə 25 nəfər və ya 44% çoxdur.
Bu ilin 9 ayı ərzində ölkə ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 17% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olmuş, 40 nəfər xəsarət alıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR