Alimlərin əmək şəraiti daha da yaxşılaşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Alimlərin əmək şəraiti daha da yaxşılaşdırılacaq

“Akademiya sistemində çalışanların əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, işçilərin sağlamlığının mühafizəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçiriləcək”. AMEA-dan Publika.az-a verilən məlumata görə, bu barədə AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Coğrafiya İnstitutunun əməkdaşları ilə görüşü zamanı deyib.

İ.Alıyev həmkarlar ittifaqının qarşısında duran vəzifələrdən də danışıb.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov əməkdaşların elmi və ictimai həyatında həmkarlar ittifaqının rolundan danışıb. O, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev bu elmi qurumun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında ətraflı məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm