Qırmızı.az
“Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb
Azərbaycan-İtaliya və İtaliya-Azərbaycan assosiasiyalarının Azərbaycan və italyan dillərində nəşr olunan “Via della Seta” (İpək yolu) jurnalının 2-ci sayı çapdan çıxıb. Modern.az-ın məlumataına görə, jurnalın 2-ci sayının hazırlanmasına Azərbaycandan millət vəkili Qüdrət Həsənquliyev, İtaliyadan isə Romolo Martelloni və Carlo Frappi dəstək veriblər.
Jurnalın tərtibatı italiyalı dizayner Paul Sassineyə məxsusdur.
Jurnalda Fiorello Provera, Umverto Griscioli, Aynur Camalqızı, Səxavət Həmid, Radu Moroca, İleana Saja, Stefano Muscaritolo, Emilia İbrahimova, Lucio Oerrone, Catia Castagna, Giuliano Bifoliçi, Marco Longano və Enrico Luzinin müxtəlif səpkili məqalələri və yazıları dərc olunub.
Jurnalın baş redaktoru Elçin Mirzəbəylidir.
“Via della seta” (İpək yolu) jurnalınln bu dəfəki sayı Milli Məclisin deputatı, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Azər Kərimlinin giriş söz ilə başlayır.
“Via della Seta”-nın 2-ci sayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Bakıda “Via della seta” (İpək yolu) jurnalının təqdimatı, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın İtaliyadakı səfirliyinin gördüyü işlər barədə yazılar, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla və Paşa Bankın İdarə Heyətinin sədri Fərid Axundovla müsahibələr, Azərbaycanın və İtaliyanın tirizm potensialı, iqtisadi imkanları və mədəniyyətləri barədə müxtəlif yazılar dərc olunub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO