Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da olub
Bizi izləyin

Qırmızı.az

Mərakeş Krallığının Azərbaycandakı səfiri ADU-da olub

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hamini qəbul edib.

Publika.Az-ın verdiyi xəbərə görə, qonağı salamlayan rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidov onu yenidən ADU-da görməkdən məmnun olduğunu dilə gətirib.

Rektor ötən ilin dekabr ayında universitetdə keçirilən “ 18 dekabr - Beynəlxalq Ərəb dili” günü ilə bağlı tədbiri xatırladıb. O, bu tədbirin universitetdə yüksək səıviyyədə təşkil olunduğunu, bu tipli tədbirlərin, elm, təhsil sahəsindəki əməkdaşlığın ərəbdilli ölkələrlə əlaqələrin inkişafına təkan verdiyini deyib. Rektor, professor Səməd Seyidov universitetdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisasında ərəb dilinin tədris olunduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrdən danışıb. Səfir universitet tələbələrinin ərəb dilinə marağını təqdirəlayiq hesab etdiyini vurğulanıb.

Görüşdə, eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm