Qırmızı.az
Bakının məktəb direktorları üçün "sürpriz"
Bakıda fəaliyyət göstərən orta məktəb direktorlarının və tədris hissə müdirlərinin əmək fəaliyyəti yoxlanılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Trend-ə bildirib ki, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsi müəllimlərin sınaq qiymətləndirilməsinin aparılma formasından tamamilə fərqlənəcək: “Onların qiymətləndirilməsi başqa formada, başqa mexanizmlə aparılacaq. Direktorun dərs saatı ola bilər, amma onun əsas işi idarəetmədir, inzibati işdir”.
E.Əliyev qeyd edib ki, hazırda direktor və tədris hissə müdirlərinin qiymətləndirilməsinin mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılır və müvafiq layihə hazırlanır.
Onun sözlərinə görə, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsinin bu ilin sonunda, yaxud gələn il ərzində aparılması nəzərdə tutulub: “Bu barədə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə məlumat veriləcək. Hazırda layihə üzərində iş aparılır”.
E.Əliyev onu da qeyd edib ki, qiymətləndirmə prosesinə Bakının bütün məktəblərinin direktorları və tədris hissə müdirləri cəlb ediləcək və bu, məcburi qaydada olacaq.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO