Qırmızı.az
"Volkswagen" reklamlarında istehlakçıları çaşdıran qeyri-dəqiqlik
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmaları davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar
zamanı “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli
avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb
olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib. Belə ki, həmin
reklamlarda “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli
avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini
yaradan “Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli” və
“Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu
ifadələrdən istifadə edildiyi müəyyən olunub.
Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən “Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Araşdırmalar davam etdirilir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı